Müharibəni dayandırmağın yeganə yolu Ermənistanın öz məğlubiyyətini, bizim isə qələbəmizi qəbul etməsidir

Müharibəni dayandırmağın yeganə yolu Ermənistanın dayanması, öz məğlubiyyətini, bizim isə qələbəmizi qəbul etməsi, əraziləri boşaltmasıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında yazıb.

Dövlətimizin başçısı digər paylaşımında qeyd edib: “Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik və bunu görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır”.

ƏvvəlkiAzərbaycan QHT-ləri Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsi ilə bağlı bəyanat yayıblar
NövbətiMüddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb