Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib.

AZƏRTAC Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, Silahlı Qüvvələrimizin Vətən müharibəsində şəhid olmuş 2783 hərbi qulluqçusundan bu günədək 2756-sı dəfn edilib.

Dəfn edilmiş şəhidlərimizin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

ƏvvəlkiMilli Məclis bir sıra qanunlara dəyişiklikləri II oxunuşda qəbul edib
NövbətiYunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarını 3 medalla başa vurub