Milli Məclis bir sıra qanunlara dəyişiklikləri II oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra qanunlara dəyişiklik layihələri II oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, bunlar Mülki, Əmək, Vergi, Gömrük məcəllələrinə, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə, “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında”, ”Ümumi təhsil haqqında”, “Təhsil haqqında” və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunlara dəyişiklik layihələridir.

Dəyişiklik layihələri səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

ƏvvəlkiAkif Təvəkküloğlu koronavirusa yoluxdu
NövbətiMüdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib