Müdafiə naziri ön idarəetmə məntəqəsində olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsində səhra şəraitində yaradılan ön idarəetmə məntəqəsində olub.

Ön idarəetmə məntəqəsində videokonfrans vasitəsilə Müdafiə nazirinə təlimin hazırkı vəziyyətilə bağlı məruzələr edilib.

Sonda Müdafiə naziri əsas və ehtiyat idarəetmə məntəqələrində yaradılmış qrupların fəaliyyətini izləyib.

ƏvvəlkiAzərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
NövbətiKikboksçularımız beynəlxalq turnirdə 11 qızıl medal qazanıblar