Kikboksçularımız beynəlxalq turnirdə 11 qızıl medal qazanıblar

Gürcüstanın Rustavi şəhərində kikboksinq üzrə beynəlxalq turnirdə DİN İdman Cəmiyyətinin təmsilçiləri uğurla çıxış edərək 11 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar.

DİN İdman Cəmiyyətinin kikboksinq üzrə məşqçisi Muxtar Allahyarovun AZƏRTAC-a verdiyi məlumata görə, qızıl medalları Nihat Əhmədov (25 kq), Məhəmməd Şıxıyev (30 kq), Ayxan Məmmədov, Tahir Şərifzadə (32 kq), Nadir Məmmədov (35 kq), Rafiq Babazadə (37 kq), Rəsul Məhərrəmov (50 kq), Nicat Allahverdi (57 kq), Emin Hümbətov (60 kq), Məhəmməd Qulamsaxar (85 kq), Rəşad Mikayılov (71 kq) qazanıblar.

Kikboksinq üzrə gənclərdən ibarət yığma komandanın baş məşqçisi Hakim Hacıyev turnirdə idmançılarımızın yüksək səviyyədə çıxış etdiklərini bildirib. O, qeyd edib ki, kikboksçularımız yarışa yaxşı hazırlaşmışdılar və maksimum nəticə göstəriblər.

ƏvvəlkiMüdafiə naziri ön idarəetmə məntəqəsində olub
NövbətiTop Model Azerbaijan-2020″-nin ilk kastinqləri keçirilib (FOTO)