Mövlud Çavuşoğlu Pelenin dəfn mərasimində iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin dəfn mərasimində iştirak edəcək.

AZƏRTAC “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində ölkəni təmsil edəcək nazir M.Çavuşoğluna dəfn mərasimində iştirak etməyi tapşırıb.

Qeyd edək ki, yanvarın 2-də Pelenin cənazəsi vəfat etdiyi xəstəxanadan “Santos” klubunun stadionuna aparılacaq. Vida tədbiri yerli vaxtla saat 10:00-da başlayacaq və bir gün davam edəcək. Mərasim ictimaiyyət üçün açıq olacaq. Lakin iştirak etmək istəyənlərin tabuta yaxınlaşması qadağan ediləcək. Əfsanəvi futbolçu yanvarın 3-də dəfn olunacaq.

ƏvvəlkiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
NövbətiXankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir