Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olunub

Ermənistan silahlı qüvvələrinin ötən gün törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlunun doğulub boya-başa çatdığı evdə onunla vida mərasimi keçirilib.

Trend xəbər verir ki, şəhidin nəşi 1 nömrəli Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfndə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon sakinləri iştirak ediblər.

Dəfn mərasimində iştirak edən hərbçilər şəhidimizin şərəfli döyüş yolundan söhbət açaraq, şəhidimizin qisasını aldıqlarını deyiblər.

ƏvvəlkiYaponiya Ukrayna üçün 40 milyon dollara enerji avadanlıqları alacaq
NövbətiFərid Cəfərov mədəniyyət nazirinin müavini təyin edilib