Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb.

Turk.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən terror planlaşdıran İŞİD üzvü olan 4 nəfər saxlanılıb.

FTX-nin mətbuat xidmətindən bildirilib ki, həmin şəxslər paytaxta Novıy Urenqoy şəhərindən gəliblər. Onlar Moskva ərazisində bir sıra ağır terror hücumları planlaşdırırdılar.