Moldovanın Baş naziri Azərbaycana səfərə gəlib

Moldovanın Baş naziri Natalya Qavrilitsa oktyabrın 10-da Azərbaycana səfərə gəlib.

“Report” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Natalya Qavrilitsanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər qarşılayıblar.

ƏvvəlkiBakıda daha bir şirkətin fəaliyyəti dayandırıldı
NövbətiAzərbaycan Prezidenti İlham Əliyevin Moldovanın Baş naziri ilə təkbətək görüşü olub