Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

ƏvvəlkiBP-nin nəşr etdirdiyi dörd yeni beynəlxalq dərsliyin tərcüməsinin təqdimatı olub
NövbətiDünya azərbaycanlılarının ölkəmizin İrandakı səfirliyində törədilən terrorla bağlı Bəyanatı