Masallıda şəhid qardaşların ailəsi ziyarət edilib

Masallıda şəhid qardaşların ailəsi ziyarət edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və icra aparatının nümayəndələri, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, kənd sakinləri və media nümayəndələri iki şəhid qardaşın – Aprel şəhidi Nurlan Əsgərlinin və Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin ailəsini Viləş kəndində, yaşadığı evdə ziyarət ediblər.

Qonaqlar şəhidlərin ailəsini ziyarət zamanı 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan şanlı Ordumuzdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıblar, şəhid ailəsinin qayğıları ilə maraqlanıblar.

Şəhid qardaşların ailəsi onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

ƏvvəlkiPrezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib
NövbətiPutin 80 min səfərbər olunan şəxsin artıq Ukraynada olduğunu açıqlayıb