Martın 18-də Azərbaycanda COVID-19 əleyhinə 18 min 52 doza vaksin vurulub

Martın 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 18 min 52 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 835, ikinci doza vaksinlərin sayı – 1 min 981, üç və daha çox doza vaksinlərin sayı – 14 min 417, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 819-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 338 min 542, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 317 min 920, ikinci mərhələ üzrə 4 milyon 811 min 119, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 986 min 755, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 222 min 748-dir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 112 yoluxma faktı qeydə alınıb
Növbətiİctimai birlik regionda “Kommunal sahədə korrupsiyanın səbəbləri və  xüsusiyyətlərinin öyrənilməsi” layihəsini həyata keçirir