Martın 12-də Azərbaycanda koronavirus əleyhinə 22 min 70 vaksin vurulub

Martın 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 22 min 70 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1180, ikinci doza vaksinlərin sayı – 1656, üç və daha çox doza vaksinlərin sayı – 18 min 163, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 1071-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 246 min 942, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 313 min 384, ikinci mərhələ üzrə 4 milyon 802 min 388, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 913 min 43, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 218 min 127-dir.