Azərbaycanın daha bir sərbəst güləşçisi qızıl medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi İslam İlyasov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

“Report”un məlumatına görə, 97 kq çəki dərəcəsindən çıxış edən idmançı finalda almaniyalı Yohannes Mayerlə üz-üzə gəlib.

Rəqibinə 5:3 hesabı ilə qalib gələn İlyasov Avropa çempionatının qalibi olub.

79 kq-dakı Əşrəf Aşırov bolqarıstanlı Oktay Hasanı məğlub edərək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) qızıl, Tofiq Əliyev (57 kq) bürünc medala yiyələnib.

ƏvvəlkiMartın 12-də Azərbaycanda koronavirus əleyhinə 22 min 70 vaksin vurulub
NövbətiAzad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi layihəsi çərçivəsində növbəti ikinci təlim keçirildi