Magistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb

2018-2019-cu tədris ili üçün ali məktəblərin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı məlum olub.

“Report”un xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, sənəd qəbulu fevralın 1-də başlayacaq.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək. Fevralın 3-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı olacaq.