Macarıstanın Azərbaycandakı səfirliyi Azərbaycanın diplomatik missiyasına hücumu pisləyib

Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücumun dünya ictimaiyyəti tərəfindən qınaqlarına Macarıstanın Azərbaycandakı səfirliyinin kollektivi də qoşulub.

AZƏRTAC xəbər verir ki, diplomatik missiyanın sosial şəbəkə hesabında yerləşdirilən paylaşımda bu silahlı hücumu törədənlər qınanılır. Paylaşımda həlak olan azərbaycanlı həmkarın yaxınlarına başsağlığı, yaralananların tezliklə sağalması diləyi ifadə olunur.

Əvvəlkiİran Prezidenti Prezident İlham Əliyevə zəng edib
Növbətiİtaliyanın İrandakı səfirliyi Azərbaycan səfirliyində baş verən terrora münasibət bildirib