İtaliyanın İrandakı səfirliyi Azərbaycan səfirliyində baş verən terrora münasibət bildirib

İtaliyanın Tehrandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücuma münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, İtaliyanın İrandakı səfirliyinin tviter hesabında bununla bağlı qeyd olunub: “Səfirliyin binasına və işçilərinə qarşı həyata keçirilən qəddar hücuma görə Azərbaycanın Tehrandakı səfirliyinə dərin hüznlə başsağlığı veririk”.

ƏvvəlkiMacarıstanın Azərbaycandakı səfirliyi Azərbaycanın diplomatik missiyasına hücumu pisləyib
NövbətiGəncədə zəlzələ olub