Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 862 nəfərə çatıb

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 862, yaralıların sayı isə 2 562 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

ƏvvəlkiHikmət Hacıyev erməni yaraqlılarının itdən sui-qəsdçi kimi istifadəsi barədə: “Əxlaqsızlıq sərhəd tanımır”
NövbətiAFFA Ermənistan-Xorvatiya oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək