AFFA Ermənistan-Xorvatiya oyunundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək

AFFA “AVRO 2024”-ün seçmə mərhələsində Ermənistan və Xorvatiya yığmaları arasında keçirilmiş oyundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək.

Bu barədə AZƏRTAC-a milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, AFFA məsələ ilə bağlı bütün lazımi addımları atacaq: “Ermənilər ilk dəfə deyil ki, bu cür təxribata əl atırlar. Bununla bağlı bütün mümkün tədbirlər görüləcək”.

Qeyd edək ki, İrəvanda baş tutan Ermənistan-Xorvatiya matçında ermənilər meydanın üzərində dron vasitəsilə Qarabağdakı separatçı rejimin “bayrağı”nı nümayiş etdiriblər. Həmçinin erməni və xorvat azarkeşlər arasında kütləvi dava olub.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

ƏvvəlkiMərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 862 nəfərə çatıb
NövbətiMacarıstanın Xarici İşlər Nazirliyi: Qarabağdakı qondarma “prezident seçkiləri” qeyri-legitimdir