Məmurlar və deputatlar gəlirləri barədə deklarasiya verməlidirlər

ARB24 telekanalında yayımlanan “Nə baş verir?” verilişinin bu dəfəki mövzusu Parlament üzvlərinin gəlir bəyənnaməsi ilə bağlı olub.

Verlişin qonağı Milli Məclisin deputatı Naqif Həmzəyev məsələ ilə bağlı fikirlərini bölüşüb: Ölkə Prezidentinin 2020-ci il fevral ayında imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda vəzifəli şəxslərin maliyyə xarakterli gəlirləri barədə məlumatların təqdim edilməsi nəzərdə tutulub. Bu işdə millət vəkilləri örnək olmalı, öz gəlirləri barədə deklarasiya təqdim etməlidirlər.

Naqif Həmzəyevin fikrincə, millət vəkillərinin deklarasiyaları ictimaiyyətə açıqlanması digər məmurlara nümunə olardı. Eyni zamanda millət vəkili deklarasiyaların nəzarət mexanizmi tərəfindən işlənməsi, ictimaiyyətə təqdim edilməsi gələcəyə hesablanmış addım olduğunu qeyd edib.

ƏvvəlkiNaqif Həmzəyev: 26 illik atəşkəs müddətində ən ciddi dönüş nöqtəsi 2016-cı ilin aprel döyüşləri oldu
NövbətiBakıda avtomobili dərəyə aşıran şəxs tutuldu