Bakıda avtomobili dərəyə aşıran şəxs tutuldu

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə avtomobilin dərəyə aşırılması əks olunan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polkovnik Ehsan Zahidov “Report”a bildirib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

E.Zahidov deyib ki, Bakıxanov qəsəbə sakini Zamin Babayev Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək ona məxsus BMW markalı avtomobilin tanışı, dəfələrlə məhkum olunmuş Elnur Abbasov tərəfindən qaçırılması və həmin şəxs tərəfindən dərəyə atılması barədə məlumat verib.

E.Zahidovun sözlərinə görə, Suraxanı RPİ-nə daxil olan məlumat əsasında araşdırmalar aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (başqasının əmlakını məhvetmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra E.Abbasov saxlanılıb.

ƏvvəlkiMəmurlar və deputatlar gəlirləri barədə deklarasiya verməlidirlər
Növbəti“EuroHome”dakı yanğın Baş Prokurorluqda araşdırılır