Məmmədyarov çempion, Rəcəbov 6-cı oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirini 6-cı pillədə başa vurub.

“Report”un məlumatına görə, buna ABŞ təmsilçisi Fabiano Karuana və rumıniyalı Boqdan-Daniel Dyak arasındakı görüşün heç-heçə başa çatması səbəb olub.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran qrossmeysterlər Rəcəbova çatmaq şansını əldən veriblər.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirinin qalibi olub.

“Report”un məlumatına görə, 36 yaşlı qrossmeyster son turda qara fiqurlarla fransalı Maksim Vaşye-Laqravla 39-cu gedişdə heç-heçə edib. Bununla da xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.

Əvvəlkiİqtisadi Şuranın növbəti iclası keçirilib
NövbətiZəfər yolu üzərində körpünün inşası ilə tanışlıq