Lerikdə dəhşətli qəzada ölənlərin adları bilinib

Lerik rayonunda baş verən ağır yol qəzası zamanı həlak olan şəxslərin adları məlum olub.

“Report”un Cənub bürosunun məlumatına görə, qəzada Göyşaban kənd sakini – Xəlilova Dilarə İslam qızı, Boladi kənd sakinləri – Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı vəfat edib.

Xəstəxanadan aldığımız məlumata görə, hazırda 8 yaralıdan sürücü, Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb, reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da, stabilləşməyə doğru gedir.

ƏvvəlkiŞəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib
NövbətiFHN İsmayıllı, Qəbələ və Oğuz rayonlarındakı yanğınlarla bağlı məlumat yayıb