Lənkərandan yas adı ilə İmişliyə gələn şəxs saxlanıldı

İmişli Rayon Polis Şöbəsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, polis əməkdaşlarının saxladığı Lənkəran rayon sakini Mais Dadaşbala oğlu Nəzərli 8103-ə SMS göndərərək dəfn mərasiminə gəldiyini bildirib.

Ancaq araşdırma zamanı məlum olub ki, həmin şəxsin İmişli şəhərində yaxın qohumu yaşamır və heç bir dəfn mərasimi yoxdur.

O, əməlini etiraf edib və peşman olduğunu söyləyərək vətəndaşalara bu cür əməllərdən çəkinməyi, karantinin tələblərinə riayət etməyi məsləhət görüb.