Qazaxıstanda COVID-19-a yoluxanların sayı 1179-a çatıb

Qazaxıstanda aprelin 14-ü səhər saatlarına olan məlumata görə ölkədə 1179 koronavirus faktı təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, hazırda Qazaxıstanda koronavirusdan ölənlərin sayı 14-ə çatıb.

Qazaxıstan Səhiyyə naziri bildirib ki, COVID-19-a yoluxan 939 xəstə stasionar müalicə alır, onlardan 57-i uşaqdır. Yeni növ koronavirusa yoluxanlardan 138 nəfəri sağalıb.

ƏvvəlkiLənkərandan yas adı ilə İmişliyə gələn şəxs saxlanıldı
NövbətiAzərbaycana qanunsuz yolla gətirilən siqaret aşkarlandı