Kürdəmirdə ağır yol qəzasında 7 nəfər xəsarət alıb – FOTO – YENİLƏNİB

Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

“Report”un yerli bürosunun məlumatına görə, bunlar Bakı şəhər sakinləri – 2009-cu il təvəllüdlü Əhmədzadə Aysu Elmir qızı, 2015-ci il təvəllüdlü Əhmədzadə Ələddin Elmir oğlu, 2013-cü il təvəllüdlü Əhmədzadə Aylin Elmir qızı, 1982-ci il təvəllüdlü Əhmədov Elmir Vaqif oğlu, 1988-ci il təvəllüdlü Əliyeva Şəbnəm Ələddin qızı və Mingəçevir şəhər sakini, 1958-ci il təvəllüdlü Rəhumova Gültəkin Kərim qızıdır.


*** 11:30

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçə hissəsində  qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Qəza zamanı 7 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

ƏvvəlkiAlmaniya Bundestaqının prezidenti Azərbaycana səfərə gələcək
NövbətiAğcabədidə avtomobil aşıb, sürücü ölüb