Almaniya Bundestaqının prezidenti Azərbaycana səfərə gələcək

Almaniya Bundestaqının (parlament) prezidenti Volfqanq Şoyblenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

“Report”un Avropa bürosunun məlumatına görə, gələn ilin əvvəlində reallaşması nəzərdə tutulan səfərin dəqiq tarixi yaxın aylarda məlum olacaq.

Səfər zamanı V.Şoyble Bakıda bir sıra rəsmi görüşlər keçirəcək, tədbirlərə qatılacaq.

ƏvvəlkiGürcüstanda 25 yaşında məktəb direktoru olan azərbaycanlı: “Gürcü dilini bilən azərbaycanlı gəncin vəzifə tutması üçün heç bir maneə yoxdur”
NövbətiKürdəmirdə ağır yol qəzasında 7 nəfər xəsarət alıb – FOTO – YENİLƏNİB