Koreyada 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan olunub

Koreya Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edilib.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, bakalavriat səviyyəsi üzrə elan olunan təqaüd proqramına 18 oktyabr 2019-cu il tarixinədək müraciət edilə bilər.

Proqramda iştirak etmək istəyənlər sənədlərini qeyd edilən tarixədək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

ƏvvəlkiMessi və Ronaldunun FIFA-nın “The Best” mükafatı üçün kimlərə səs verdikləri bəlli olub
NövbətiAzərbaycan Tbilisidə inklüziv cəmiyyətə həsr olunan beynəlxalq forumda təmsil olunub – FOTO