Koreya Prezidenti xalqdan üzr istəyib

Cənubi Koreya Prezidenti Yoon Sok Yül paytaxt Seulun mərkəzində izdiham nəticəsində azı 156 nəfərin ölümünə görə üzr istəyib.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Təsviri mümkün olmayan faciə yaşayan qurbanların ailələrindən, bu ağrıya və kədərə şərik olan ölkədən üzr istəyirəm”, – dövlət başçısı bildirib.

O qeyd edib ki, ölkənin təhlükəsizlik sahəsində köklü dəyişikliklərə ehtiyacı var.

Bundan əlavə, Koreya Prezidenti günahkarların məsuliyyətə cəlb ediləcəyinə və bu iş üzrə prosesin ictimaiyyətə açıq olacağına söz verib.

ƏvvəlkiFHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb
NövbətiPrezident İlham Əliyev Füzuli rayonunda Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub