Kiyev şəhəri raket hücumuna məruz qalıb

Oktyabrın 10-da səhər saatlarında Ukraynanın paytaxtı Kiyev raket hücumuna məruz qalıb güclü partlayışlar olub.

AZƏRTAC xəbər verir ki, Ukrayna paytaxtında üç partlayış səsi eşidilib.

Kiyev meri Vitali Kliçko Şevçenko rayonunda baş verən partlayışları təsdiqləyib.

“Şevçenkovski rayonunda – paytaxtın mərkəzində bir neçə partlayış baş verib”, deyə o, telegramda yazıb.

Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 67 yoluxma faktı qeydə alınıb
NövbətiBakıda daha bir şirkətin fəaliyyəti dayandırıldı