Kids model Sirac Quluzadə “BONA” Mükafatına layiq görüldü

Son zamanlar medianın gündəmindən düşməyən “Miss and Mister kids” yarışmasının qalibi kids model Sirac Quluzadə ötən gün növbəti mükafata layiq görülüb.
“A Media Group”un təşkil etdiyi mükafatlandırma gecəsində Sirac Quluzadə “İlin Çalışqan modeli” adına layiq görülüb.
“Park inn Hotel”də baş tutan gecədə bir çox məşhur simalar da iştirak edib.

Model Sirac Quluzadə çıxışında qeyd etdi ki, səhnələrə layiq bir model ola bilmək üçün daim öz üzərində çalışıb, özünü inkişaf etdirəcək:
Verilən mükafata görə, “A Media Group”un rəhbərliyinə, təşkilatçılarına və belə əlamətdar bir gündə bizi tək qoymayan bütün dostlara, həmkarlara təşəkkürümü bildirirəm. Bu, hələ başlanğıcdı. Qarşıda bizi daha böyük hədəflər və onlara çatmaq üçün məşəqqətli bir yol gözləyir. Hər zaman öz üzərimdə çalışıb sizlərin sevgisinə və səhnələrə layiq olmağa çalışacam. Bir daha göstərilən diqqətə görə hər birinizə təşəkkürlər.” – deyərək Sirac Quluzadə çıxışını yekunlaşdırıb.
Biz də komandamız adından kids model Siraca  atdığı addımlarda uğurlar arzulayırıq.

ƏvvəlkiDSX rəisi koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib
NövbətiAğ Ev Konqresdən koronavirusa görə 2,5 milyard ABŞ dolları istədi – YENİLƏNİB