DSX rəisi koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib.

Bu barədə “Report”un əraziyə ezam olunan əməkdaşı məlumat verib.

E.Quliyev deyib ki, hazırda təhlükəsizlik tədbirləri davam etdirilir: “Panikaya ehtiyac yoxdur. Hazırda təhlükəsizlik tədbirləri davam etdirilir. Hər şey nəzarət altındadır”.

DSX rəisi daha sonra Astara sərhəd-keçid məntəqəsinə yollanıb.

ƏvvəlkiMartın 1-dən bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq
NövbətiKids model Sirac Quluzadə “BONA” Mükafatına layiq görüldü