İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 35-ə yüksəlib

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 35-ə yüksəlib.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Son məlumatlara əsasən, 885 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Onlardan təxminən 20 nəfərin vəziyyəti ağırdır.

Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 543 afterşok qeydə alınıb. Onlardan 37-si 4 baldan yüksək olub.

Hadisə yerini Türkiyənin vitse-prezidenti Fuat Oktay da ziyarət edib.

ƏvvəlkiDüşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb
Növbəti“Gürcü Arzusu” parlament seçkilərində qələbəsini qeyd edir