İtaliya polisi Yunanıstan gəmisində külli miqdarda kokain ələ keçirib

İtaliyanın təhlükəsizlik qüvvələri Venesiyada Yunanıstanın “Laskaridis Shipping” şirkətinə məxsus gəmidə təxminən 850 kiloqram kokain aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, Liberiya bayrağı ilə üzən “Atlas” adlı gəminin martın 23-də Braziliyadan yola düşdüyü və aprelin 17-də Venesiya limanına yan aldığı bildirilib. İtaliya polisi gəmidə araşdırmalara aprelin 18-də başlayıb. Ümumilikdə 570 bağlamaya yığılan narkotik vasitə gəminin gövdəsində, ekipaj üçün əlçatmaz olan və yalnız dalğıcların girə biləcəyi hissədə aşkarlanıb. Narkotik vasitənin bazar dəyəri təxminən 150 milyon avrodur.

İtaliya rəsmiləri gəmiyə ticarət fəaliyyətini davam etdirməyə icazə verib. Gəmi ekipajının həbs olunmadığı da bildirilib.

ƏvvəlkiAzərbaycanın qrup hərəkətləri komandası və bədii gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Növbəti“Tesla”nın səhmdarları Maskı şirkəti səhv idarə etməkdə günahlandırıb