İsveç XİN: “Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik”

“Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik”.

“Report” xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

“Mərhumun ailəsinə başsağlığı veririk və yaralananların tezliklə sağalmasını diləyirik. Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına hücumlar qəbuledilməzdir”, – məlumatda deyilir.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

 

Əvvəlkiİsraildə sinaqoqa silahlı hücum olub, ölən və yaralananlar var
NövbətiAzərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər