İstanbulda yaşayış binasında partlayış olub: 3 nəfər ölüb

Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayışdan sonra binada yanğın başlayıb, 1 nəfər yaralı vəziyyətdə yanğından xilas edilib.

İstanbul valisi Əli Yerlikaya partlayışdan sonra hadisə yerinə gəlib. Vali partlayış nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb.

Qeyd edək ki, partlayışa səbəb binanın üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması olub.

Hazırda binadakı yanğın yanğınsöndürənlərin səyləri nəticəsində nəzarətə götürülüb.

ƏvvəlkiŞəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib
NövbətiPutin: “Krım körpüsündə terror aktını Ukrayna xüsusi xidmət orqanları təşkil edib”