İstanbulda sərnişin nəqliyyat vasitələrinin toqquşması nəticəsində 42 nəfər xəsarət alıb

İstanbulda sərnişin nəqliyyat vasitələrinin toqquşması nəticəsində 42 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

AZƏRTAC xəbər verir ki, hadisə İstanbulda yüksək sürətlə hərəkət edən metrobusların toqquşması nəticəsində baş verib. Şəhərin Avcılar bölgəsində baş verən hadisə ilə bağlı açıqlama verən İstanbul valisi Ali Yerlikaya yaralıların yaxın xəstəxanalara çatdırıldıqlarını bildirib.

ƏvvəlkiHeydər Əliyev Mərkəzində caz ulduzlarının konserti keçiriləcək
NövbətiMüdafiə Nazirliyində xidməti müşavirə keçirilib