İstanbulda erməni terrorçu tərəfindən qətlə yetirilmiş Behbud xan Cavanşirin abidəsi ucaldılacaq

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri olmuş Behbud xan Cavanşirin xatirəsinə abidə ucaldılacaq.

AZƏRTAC xəbər verir ki, abidə şəhərin tarixi bölgələrindən olan Beyoğlu rayonunda, Behbud xan Cavanşirin 1921-ci il iyulun 18-də “Daşnaksütyun” erməni terror təşkilatının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirildiyi “Pera Palas” otelinin qarşısında yerləşəcək.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı, İstanbul Valiliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə hazırlanan xatirə abidəsinin açılışı dekabrın 18-də olacaq.