Çinin dövlət telekanalı Özilə görə “Arsenal” – “Mançester Siti” matçını yayımlamayacaq

Çinin “CCTV” dövlət telekanalı İngiltərə Premyer Liqasında XVII turun bu gün keçiriləcək “Arsenal” – “Mançester Siti” matçının yayımını ləğv edib.

“Report”un məlumatına görə, telekanal bu görüşün əvəzinə “Vulverhempton” – “Tottenhem” oyununun video-yazısını nümayiş etdirəcək.

CCTV-nin qərarının “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin bu yaxınlarda sosial şəbəkədə yazdığı fikirlərlə əlaqədar olduğu bildirilir.

Türk əsilli futbolçu Çində uyğurların sıxışdırılmasını mühakimə edərək, müsəlmanları bu problemə susqun qalmaqda ittiham edib. Sonradan “Arsenal” klubu rəsmi açıqlama ilə Özilin şəxsi fikirlərini ifadə etdiyini vurğulayıb.

Əvvəlkiİstanbulda erməni terrorçu tərəfindən qətlə yetirilmiş Behbud xan Cavanşirin abidəsi ucaldılacaq
NövbətiBakıda TÜRKPA-nın 9-cu plenar iclası keçiriləcək