İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətini “Yaşıl dəhliz” buraxılış sistemi vasitəsilə keçərkən saxlanılıb və “Qırmızı dəhliz”ə yönləndirilərək ona məxsus çantalara rentgen aparatı ilə baxış keçirilib. Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan çamadanlar yoxlanılıb və vətəndaşa məxsus baqajın içərisindəki şəxsi geyim əşyaların arasından sellofan paketə bükülmüş qutuda qablaşdırılan, hər birində 10 həb olmaqla, 470 konvalyut “Novartis Femara 2.5 mg” markalı dərman preparatı və həmin dərmanlara aid boş qutular aşkarlanıb. Yoxlama zamanı həmin şəxsə məxsus digər baqajın içərisində isə hər birində 10 həb olmaqla 343 konvalyut “Novartis Femara 2.5 mg” markalı dərman preparatları aşkar edilib.

ƏvvəlkiAvstraliyada səfirliklərə şübhəli bağlamalar göndərən şəxs həbs olunub
NövbətiZaqatalada 84 kq mənşəyi məlum olmayan ət aşkar edilib