İspaniyada iqlim fəalları parlament binasına qırmızı boya atıblar

İspaniyada iqlim dəyişikliyi probleminə qarşı mübarizə aparan qeyri-hökumət təşkilatlarına (QHT) bağlı bir qrup gənc parlament qarşısında etiraz aksiyası keçirib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, siyasətçilərə etiraz edən etirazçılar Madriddəki parlament binasına qırmızı boya atıblar.

Onlar “İqlim ədaləti, indi edin”, “Edilməyən heç nədən bezmişik, hərəkətə keçin”, “Parlamentdəki aksiyamızdan 1 il keçir, amma bizim hökumət heç nə etmir” kimi şuralar səsləndiriblər.

Bütün ispanları etiraza çağıran ekoloqlar, iqlim dəyişikliyi probleminin qida təhlükəsizliyi böhranı yaratmağa başladığını deyərək, elm və iqlim hərəkatlarına qarşı təzyiqlərə son qoyulmasını tələb ediblər.

Polis aksiyaya müdaxilə edərək 8 nümayişçini saxlayıb.

Xatırladaq ki, bir neçə qeyri-hökumət təşkilatlarından olan ekofəallar ölkədə parlament binasının qarşında bir il əvvəl də analoji aksiya keçirmişdilər.

ƏvvəlkiTokio – Təl-Əviv təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib
NövbətiAzərbaycan və Fələstin XİN başçıları görüşüb