İspaniya millisi dünya çempionatları tarixində yeni rekorda imza atıb

İspaniya millisi dünya çempionatları tarixində topa sahib olmada yeni rekorda imza atıb.

“Report”un məlumatına görə, Pireney təmsilçisi buna Qətərdəki mundialda Kosta Rika yığmasını 7:0 hesabı ilə darmadağın etdikləri E qrupunun ilk tur oyununda 81,7 faizlik göstərici ilə nail olub.

Əvvəlki rekord Argentina yığmasına məxsus olub – 80,3 faiz. Cənubi Amerika təmsilçisi 2010-cu ildə dünya çempionatında Yunanıstanla qarşılaşmada bu göstəriciyə çatıb. 3-cü pillədə DÇ-2018-in Rusiya – İspaniya görüşü qərarlaşıb. Həmin oyunda ispaniyalılar topa 78,9 faiz sahib olub.

Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də yekun vurulacaq.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə görüşü olub
NövbətiAzərbaycan Prezidenti İlham Əliyevin Serbiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub