İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənərək hərəkətin fasiləsizliyi təmin olunub

İyulun 3-də səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun (18-ci kilometr) hərəkət hissəsinə qaya parçaları tökülüb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Həmin yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə agentliyin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin olunub.

ƏvvəlkiPrezident İlham Əliyev: Azərbaycanla Belarusu ənənəvi sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri bağlayır
Növbətiİranın XİN rəhbəri Bakıya gəlir