Prezident İlham Əliyev: Azərbaycanla Belarusu ənənəvi sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri bağlayır

Azərbaycanla Belarusu ənənəvi sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri bağlayır.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Belarusun dövlət bayramı – Müstəqillik Günü münasibətilə Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubunda ifadə edib.

Məktubda deyilir: “Bu il biz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Fərəhli haldır ki, tarixi baxımdan qısa zaman kəsiyi ərzində biz nəinki ortaq keçmişin müsbət nəticələrinin qorunub saxlanılmasına və artırılmasına, həm də qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəyə çıxarılmasına nail olmuşuq”.

Dövlətimizin başçısı qeyd edib ki, biz Azərbaycan-Belarus əməkdaşlığının ölkələrimiz üçün qarşılıqlı maraq kəsb edən bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk. “Əminəm ki, bizim birgə səylərimiz xalqlarımızın və ölkələrimizin maraqları naminə bundan sonra da Azərbaycan və Belarus arasında ənənəvi dostluq əlaqələrinin və strateji tərəfdaşlığın möhkəmlənməsinə yönəldiləcəkdir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

ƏvvəlkiBu gün Haaqada Rusiyanın Ukraynaya qarşı müharibəsini araşdıran Beynəlxalq Büro yaradılır
Növbətiİsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənərək hərəkətin fasiləsizliyi təmin olunub