İşğaldan azad edilən ərazilərdə bu il 300 ton bal süzülüb

Bu il Azərbaycanda 7 min ton bal süzülüb.

Bunu Trend-ə “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, ümumilikdə ötən illərə nisbətən bal süzümü ölkəmizdə bu il artıb.

“Bal süzümünün artmasının əsas səbəblərindən biri də azad edilən torpaqlarda arıçılığın inkişaf etdirilməsidir. İşğaldan azad edilən ərazilərə bu il təxminən 20 min arı ailəsi köçürülmüşdü. Həmin ərazilərdə 300 ton bal süzülüb. Ötən illə müqayisədə bu il arı ailələrinin sayında və bal süzümündə artım var. Bizim gələcək hədəfimiz azad olunan torpaqlarda bal süzümünü 3 min tona çatdırmaqdır. Bunun üçün həmin torpaqlarda arıçılıq üçün münbit şərait var. Bu il ölkəmizdə süzülən bal daxili tələbatı artıqlamasıyla ödəyəcək. Belə ki, bizim hesablamalarımıza görə, ölkəmizin bal tələbatı 6 min tondur. Qalan min tonu isə ixraca yönəltmək olar”, – deyə B.Həsrətov bildirib.

ƏvvəlkiMİDA-nın mənzil satışına 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücum olub
NövbətiSertifikasiyadan keçən müəllimlərə əlavələr sentyabrın sonunda veriləcək