İranın Sistan və Bəluçestan vilayətində etiraz aksiyaları ölümlə nəticələnib

Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan şəhərində etiraz aksiyaları nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə cümə günü İranın Sistan və Bəluçestan vilayətinin valiliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Zahidan şəhərində keçirilən etiraz aksiyalarında silahlı toqquşma qeydə alınıb.

ƏvvəlkiHesablama Palatası dövlət büdcəsinə rəy verərək parlamentə göndərib
Növbətiİki karateçimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq