İranda zenit-raket kompleksinin buraxılması partlayışa səbəb olub

İran Hava Hücumundan Müdafiə Qüvvələri Natanz bölgəsində partlayışa səbəb olan sınaq atışlarını təsdiqləyib.

“Report” İRNA-ya istinadən xəbər verir ki, Natanzda raket sistemlərindən biri döyüş hazırlığını qiymətləndirmək üçün sınaqdan keçirilib.

“Narahatlığa heç bir əsas yoxdur”, – məlumatda deyilir.

İRNA-nın məlumatına görə, partlayışın yaxınlıqdakı nüvə obyekti ilə heç bir əlaqəsi yoxdur. Hadisə nəticəsində insan itkisi və dağıntı olmadığı qeyd edilir.

ƏvvəlkiBakıda 550 küçə dezinfeksiya edilib
NövbətiSon sutkada Azərbaycanda koronavirus infeksiyasına 1406 yoluxma faktı qeydə alınıb