İranda zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb

İranın Lorestan vilayətində 5,1 gücündə zəlzələ baş verib.

AZƏRTAC İranın dövlət televiziyasına istinadla xəbər verir ki, zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub və qonşu vilayətlərdə də hiss edilib.

Zəlzələ nəticəsində ölən olmasa da, 25 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Evlərə və inzibati binalara da zərər dəyib.

ƏvvəlkiTürk Şurasının İqtisadiyyat nazirlərinin videokonfrans formatında görüşü keçirilib
NövbətiPaytaxtdakı avtobus və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb