İranda daşqın nəticəsində ölənlərin sayı 22-yə çatıb

İranın cənubunda ötən gün axşam saatlarında baş verən daşqın nəticəsində ən azı 22 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə “Mehr News Agency” agentliyi xəbər verib.

İranın birinci vitse-prezidenti Məhəmməd Moxber itkin düşənlərin axtarışı və təbii fəlakətdən zərər çəkənlərə yardım üçün bütün mövcud vəsaitin səfərbər edilməsinə dair sərəncam verib.

Qeyd edək ki, Fars vilayətində güclü yağışların səbəb olduğu daşqınlar baş verib. Ən çox zərər çəkən ərazi Estehbanat şəhərinin ətraf əraziləridir.

Əvvəlkiİyulun 23-də Azərbaycanda COVID-19 əleyhinə 2342 doza vaksin vurulub
NövbətiS&P: “Azərbaycan iqtisadiyyatı bu il 3,5 % böyüyücək”