İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 31 minədək ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 30 min 972 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 603 milyon 638,4 min manat təşkil edir.

ƏvvəlkiMüdafiə Nazirliyi Şuşa şəhərinin havadan çəkilmiş videogörüntüsünü yayıb
NövbətiQarabağda Türkiyə və Rusiya silahlı qüvvələri birgə patrul xidməti həyata keçirəcək